Çin təqaüdləri arasında ən məşhuru Çin Dövlət təqaüdüdür (Chinese Government Scholarship).
💵Təqaüdün məbləği: Bu təqaüd sizə imkan verir ki, universitet təhsil haqqı ödəmədən magistr pilləsini oxuyasınız. Bundan əlavə, proqram tərəfindən hər ay 3000 Çin Yuanı (təqribən 730 USD) olmaqla aylıq təqaüd verilir ki, bu sizin yaşam xərclərinizi qarşılmaq üçün nəzərdə tutulub. Yaşayış yeri olaraq Çin Dövlət təqaüdü sizin yataqxana xərclərinizi qarşılayır.
⚠️Proqramın şərtləri: Master pilləsdi üçün müraciət edən namizədlər 35 yaşdan aşağı olmalıdır. Digər nəzərə alınan göstərici isə ortalamadır. Dəqiq tələb göstərilməsə də, yüksək ortalama sizin seçilmə şansınıza təsir edəcək əsas amillərdəndir. Motivasiya məktubu və Study plan ( Akademik portfolio, şəxsi keyfiyyətlər, Çində təhsil barədə planlarınız və nəyə görə Çində oxumaq istədiyinizi açıqlayan plan). Digər tələblər isə tələbənin universitet seçimlərindən asılı olaraq dəyişir.
🔘Bu proqrama 2 xətt ilə müracit edə bilərsiniz:
1) Universitetlər vasitəsi ilə
2) Çin səfirliyi vasitəsi ilə
⚠️Əgər siz universitetlər vasiəsi ilə müraciət etmək istərsinizsə, maksimum 3, Çin səfirliyi vasitəsi ilə müraciət etmək istəyirsinizsə, maksimum 2 universitet seçimi edə bilərsiniz.
🏛Universitet seçimi proqramın təklif etdiyi təqribən 270 univeristet arasından aparılır.
📆Calendar: Hər il müraciətlər təqribən dekabr-aprel ayları arasında qəbul olunur.

SIGN IN

Forgot Password