canada

Canada

Şimali Amerikada yerləşən Kanadanın təhsil sistemi dünyada ən yaxşı təhsil sistemlərindən hesab olunur. Digər ölkələrlə müqayisədə Kanada təhsil sahəsinə investisiya ayırması ilə fərqlənir. Tədris proqramlarının məzmunu ümumilikdə ölkə konstitusiyasının qanunlarına və dövrün tələblərinə uyğun hazırlanır. Bütün əyalətlərdə təhsilin keyfiyyətinə ciddi dövlət nəzarəti var. Tədris proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi Kanada təhsilini digərlərindən fərqləndirən ən üstün cəhətlərdən biridir.

Kanada universitetlərində 1.5 milyondan çox tələbə təhsil alır. Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından xüsusilə fərqlənir. Ölkə üzrə aparılan tədqiqat işlərinin 30%-i universitetlər tərəfindən həyata keçirilir.

Universitetlərə sənəd qəbulu tədris ilindən 1 il əvvəl başlayır. Qəbul üçün orta təhsil haqqında attestat və TOEFL imtahanının nəticələri və fransız dili üzrə universitetin xüsusi imtahanından keçmək tələb olunur.

SIGN IN

Forgot Password