+99412 408 01 18

İTALİYADA TƏQAÜD PROGRAMLARI
Xaricdə təqaüdlə  təhsil almaq bir çox  tələbənin arzusudur. Təqaüdlə təhsil ala biləcəyiniz unikal ölkələrdən biri də İtaliyadır.

İtaliyada hansı təqaüd proqramlarına müraciət edə bilərəm?

İtaliyada müxtəlif təqaüd proqramlarına müraciət edə bilərsiniz. Bu təqaüd proqramlarını əsas olaraq iki qrupa ayıra bilərik:
  İtaliya hökümətinin verdiyi təqaüdlər
  Univeristetlərin təqdim etdiyi təqaüd və qrantlar
Universitetlərin təqdim etdiyi təqaüdlər barəsində siz, seçdiyiniz universitetin web saytındadan ətraflı məlumat ala bilərsiniz. Adətən bu təqaüd üçün müraciət edən şəxlərə yüksək tələblər qoyulur və yerlərin sayı limitli olur. Təqaüdü udmağınız üçün yuxarı GPA göstəricisi, GMAT, GRE, SAT, yüksək TOEFL və IELTS, iş təcrübəsi kimi kriteriyaları göz önünə almalısınız.
Dövlətin təqdim etdiyi təqaüdləri özlüyündə 2 yerə ayıra bilərik. “Invest your talent in Italy” və “Regional maddi yardım” təqaüdü.
 “İtaliya Xarici İşlər və Beyləxalq Əməkdaşlıq Nazirliyi”nin, “İtaliya Ticarət Agentliyi” və “İtaliya Universitet”ləri ilə partnyorluğu, böyük İtaliyan şirkətləri, “İtaliya Sənaye Konfedrasiya”sının sponsorluğu ilə birlikdə həyata keçirdiyi təqaüd proramıdır.
Təqaüd proqramı sizə, təqaüd, universitet ödənişindən tamamilə və ya müəyyən hissəsindən azad olmaq, tələbə dəstək servisini təklif edir. “Invest your talent in Italy” təqaüd proqramını qazanacağınız təqdirdə, yuxarıda qeyd etdiyim partyor və sponsorların dəstəyi ilə sizə, illik 8,000 avro dəyərində təqaüd təqdim olunur. Təhsiliniz iki il davam edirsə bu təqaüd ikinci ilə də şamil olunur. Bundan başqa bir çox İtaliyan şirkətlərində təcrübə keçmək, dil kursundan yararlanmaq və s. bu kimi imkanlardan yararlanırsınız. Proqramın mənfi tərəfi, erasmus və ya mübadilə proqramına qoşulacağınız təqdirdə təqaüdünüzün kəsilməyidir.
*** Qeyd: Növbəti yazıda proqram barəsində daha ətraflı məlumat paylaşılacaq.

İtaliya hökümətinin regionlar üzrə verdiyi təqaüdlər

Bu təqaüdü udma ehtimalınız kifayət qədər yüksəkdir. Bunun üçün sənədlərinizin düzgün olması və səhv etmədən qeydiyyat prosedurlarını keçməyiniz yetərlidir. Təqaüdü qazanmağınız sizin ailə gəlirlərinizin səviyyəsindən asıllıdır. Təqaüdün verilmə vaxtları da universitetin yerləşdiyi bölgədən asıllı olaraq dəyişir.
Məsələn: Lazio-Roma bölgəsində təqaüdü udacağınız təqdirdə, 2 ildə 10,200 avro dəyərində olan təqaüdü 4 pul köçürülmə ilə alırsınız. Bunun ən mənfi xüsusiyyəti, təqaüdün köçürülmə vaxtlarının yaxşı olmamasındadır. İtaliyada bu təqaüdə güvənib təhsil almaq niyyətindəsinizsə, dekabra qədər səbr etməyiniz gərəklidir. İkinci köçürülmə isə növbəti təhsil ilininin dekabrında olur. Sonra təhsilinizin sonunda daha 2 köçürülmə ilə alırsınız.
Təqaüd qazanmaq üçün uzun bir prosesdə xeyli sənədlər toplamalısınız.Bir nüansı diqqətinizə çatdırmaq istərdik.  Toplamalı olduğunuz sənədlər sizə təkcə təqaüdə müraciət üçün lazım deyil. Bu sənədlər sizin maddi durumunuzu qiymətləndirmək üçündür. Siz İtaliyaya gələndə bu sənədlər vasitəsilə “ISEE” və “ISEEU” adlandırılan sənədlər alacaqsınız ki, bu sizə bir çox üstünlüklər verəcək və müxtəlif güzəştlərdən yararlanacaqsız. Bu güzəştlər təqaüd udmadığınız halda da keçərli olacaqdır. Misal üçün: Universitet ödənişi təqaüdü udduğunuz təqdirdə 16 avrodursa, udmadığınız və “ISEEU” – Ailə gəlirlərinizi göstərən sənədi təqdim etdiyiniz halda 156 avro olacaqdır (Tor Vergata). Əks təqdirdə bu sənədi təqdim etməsəniz universitetin tam ödənişini etmək məcburiyyətindəsiniz. Bütün bu səbəblərdən qeyd edilən sənədləri toplamaq və lazımı prosedurları həyata keçirtmək TÖVSİYYƏ OLUNUR.

Scroll to Top