+99412 408 01 18

Qdansk University
Bu həftə mövzumuz, Gdansk Universiteti olacaq 

-Gdansk Universiteti Pomeraniya regionda ən böyük təhsil müəssisəsidir.

- Universitetdə təxminən 1700 akademik heyət üzvü tərəfindən tədris olunan, 30.000-ə yaxın tələbə, doktorant və aspirantları olan 11 fakültə var.

- Biologiya, Biotexnologiya, Kimya, Okeanologiya, Kvant Fizikası, Pedaqogika, Filologiya, Psixologiya, Hüquq və İqtisadi Elmlər kimi təhsil sahələri üzrə Gdansk Universiteti Polşada ən yaxşı müəssisələrinin biridir.

- Fakültələrin əksəriyyəti Gdansk, Qdınya və Sopot şəhərlərində cəmlənmişdir. 

- Gdansk Universitetində 2013-cü ildə Çin elmləri şöbəsi açılmışdır və Şimali Polşada Çin dili dərsləri keçirilən yeganə təhsil müəssisəsidir. 

- Erasmus tələbə mübadiləsi proqramı universitetin tələbələrinə xarici ölkələrin nüfuzlu universitetlərində bir vəya iki semestrlik təhsil alaraq təcrübə qazanmaq şansı verir.

- Tələbələr, Polşanın digər ali təhsil müəssisələrində bir semestr təhsil almağa icazə verən “MOST” mübadilə proqramında iştirak edə bilərlər.

Scroll to Top